Fevralın 10-da Yelisey sarayında Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa prezidenti Emmanuel Makron ilə görüşü olub.
Respublika Perinatal Mərkəzinin yeddi körpənin ölümünə yol açan yanğın üzündən cinayət məsuliyyətinə cəlb edilən keçmiş direktoru Mehriban Abasquliyeva olaya görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB-i) günahlandırır.
Rusiya Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, yanvarın 27-də Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevi bu quruma dəvət ediblər və nazir müavini Mixail Qaluzin onunla görüşüb.
Rumıniya prezidenti Klaus Yohannis müxalifətin onu impiçment etmək üçün cəhd göstərdiyi bir dövrdə istefa verdiyini açıqlayıb.
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir.
Yanvarın 23-də ictimai fəal, "Tolışi sədo" (Talışın səsi) qəzetinin keçmiş redaktoru Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid kimi ifadə verdiyini bildirib.
Hələ Rusiya Ukraynaya qarşı tammiqyaslı işğalçı müharibəyə başlamazdan əvvəl Rusiyanın şimal bölgələrindən birində yaşayan proqramçı Pyotr ölkədə vəziyyətin getdikcə pisləşdiyini hiss edib.
Rusiya Müdafiə Nazirliyi çağırışçıların hərbi xidmətdən yayınmaq üçün güzəştlər əldə etməsini çətinləşdirməyə çalışır.
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışdığını və Ukraynadakı müharibənin başa çatdırılması istiqamətində irəliləyiş əldə etdiklərinə inandığını bildirib.
Almaniya kansleri Olaf Şolts Ukraynaya uzaqmənzilli "Taurus" raketlərinin göndərilməsini bir daha istisna edib.
Görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.
O, 2020-ci ildə 44 günlük Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda uğursuzluqlarda da təqsirli bilinib.
Davamı